Dünyanın ən bahalı avtomobilləri

Mercedes SLR McLaren və Maybach 62 – Avropada birincisinin qiyməti 460, ikincisinin qiyməti isə 400 min dollardır. İnternetdə isə alış qiymətləri fərqlidir. Artıq bir qədər işlənmiş Mercedes SLR McLaren üçün 650 min avro, yeni Maybach 62 üçün isə 700 min avro ödəmək lazımdır.
DAVAMI VAR

Aston Martin Vanquish – qiyməti 255 min dollara çatır. Sözsüz ki, söhbət zavod qiymətindən gedir. İnternetdə həmin avtomobili 420 min avro ödəməklə almaq olar. Avtomobil 100 kilometr sürəti 4,5 saniyəyə yığır.

Lamborghini Murciəlago – Avropada onu 280 min dollara almaq olar. İnternetdə qiymət 330 min avroya çatır. Avtomobil 100 kilometr sürəti 3,8 saniyəyə yığır və maksimal sürəti saatda 330 kilometr təşkil edir.

Rolls-Royce Drophead – Avropada bu avtomobilin qiyməti 350 min dollardan başlayır. İnternet qiyməti ən azı 500 min dollardır. Maraqlıdır ki, kupe-kabriolet olan bu maşının qapıları hərəkət istiqamətinin əksinə açılır.

Porsche Carrera GT – 440 min dollara başa gəlir. İşlənmiş avtomobili İnternetdə 400 min avroya almaq olar. Maraqlıdır ki, əvvəlcə bu avtomobildən min ədəd buraxılması nəzərdə tutulsa da, tələbatı görən istehsalçılar 1300 Porsche Carrera GT buraxıblar. Düzdür, artıq bu avtomobilin istehsalı tam dayandırılıb.

Bentley Continental GT – bu avtomobilin hələ zavoddakı qiyməti 226 min dollardır. İnternet vasitəsilə onu 257 milyon avroya almaq mümkündür.

Koenigsegg CCX – İsveçrədə buraxılır və Avropada 600 min dollardır. İnternetdə həmin avtomobili almaq qeyri-mümkündür. 395 kilometr sürətlə hərəkət edə bilən avtomobil 100 kilometr sürəti 3,2 saniyəyə yığır.

Za Pagani Zonda C12 – 750 min dollar qiyməti var. İnternetdə hətta istifadə olunan avtomobilin qiyməti belə 500 min avrodan aşağı düşmür. Bu avtomobilin mühərrikinin həcmi 7 litr təşkil edir! Müvafiq olaraq bütün sürət göstəriciləri də qiymətə və mühərrikin həcminə uyğundur.

Ferrari Enzo – avtomobilin qiyməti 800 mindən 1 milyon dollara qədərdir. Deyilənə görə, bu avtomobilləri ancaq seçilmiş şəxslərə satırlar. Məsələn, futbol üzrə İngiltərə yığmasının oyunçusu Co Koul qarajında belə bir avtomobilin dayanması ilə fəxr edə bilər. İnternetdə onu 800 min avroya da almaq mümkündür.

Bugatti Veyron – hit-paradın lideridir. Bu avtomobilin qiyməti 1,3-1,5, milyon dollar arasındadır. 1001 min at qüvvəsinə malik olan Bugatti Veyron saatda 100 kilometr sürəti cəmi 2,5 saniyəyə yığır. İnternetdə 1,5 min avroya almaq olar.
• ibrahim




