Yahoo!-nun rəhbəri «ən pis baş direktorlar» siyahısına düşüb

ABŞ-ın Yahoo! axtarış sistemi şirkətinin rəhbəri Jerri Yanq Fortune jurnalının tərtib etdiyi «10 ən pis baş direktorlar» reytinqində yer alıb.
DAVAMI VAR
Siyahıda yer almış yeganə İT şirkətin nümayəndəsi 10-u yerdə qərarlaşıb. Qeyd edək ki, reytinqdə ballar hesablanarkən şirkətin səhmlərinin ucuzlaşdığı məbləğ və şirkətin baş direktorunun 2007-ci il üçün əmək haqqı cəmlənib. Bu barədə Lenta yazır.
J.Yanq şirkətin səhmlərinin 3,92%-nə sahibidir. Onun əmək haqqı isə 2007-ci ildə cəmi $1 təşkil edib. Lakin son il ərzində Yahoo!-nun səhmləri 26% ucuzlaşıb ki, bunun da nəticəsində şirkətin səhmdarları $10 milyarda qədər itiriblər. Fortune J.Yanqa 26 ball verib.
Qeyd edək ki, reytinq cədvəlində ilk yeri 110 balla Lehman Brothers İnvestisiya Bankının rəhbəri Riçard Fald tutub.
Mənbə: Mincom.gov.az
• ibrahim




